Səudiyyə Ərəbistanı ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarının fələstinlilərə qarşı qərəzli olduğu hesab edir və Vaşinqtonu bu məsələ ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə çağırır.
Astarainfo.az Xezerxeber.az-a istinadən məlumat verir ki, bu barədə cümə axşamı “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, Ər-Riyad Trampın qərarını “anlaşılmaz, məsuliyyətsiz və əsassız” adlandırıb.
Məsələ ilə bağlı açıqlama verən BMT-nin baş katibi Antoniu Quterriş deyib isə deyib ki, Yerusəlimin status məsələsi yalnız İsrail və Fələstin arasında birbaşa danışıqlar çərçivəsində həll oluna bilər, İkitərəfli münaqişənin nizamlanması isə paytaxtı bu qədim şəhərdə olmaqla iki ayrı dövlətin yaranması ilə başa çatmalıdır.
“Yerusəlimin yekun statusu məsələsi iki tərəf arasında həm Fələstin, həm də İsrail tərəfinin qanuni istəkləri nəzərə alınmaqla BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələri əsasında birbaşa danışıqlar vasitəsi ilə həll olunmalıdır”, – deyə dünya təşkilatının inzibati rəhbəri bildirib.
O, münaqişənin “sülh içində, təhlükəsizlikdə yaşayan” və hər ikisinin də paytaxtı Qüds olan iki dövlətin yaradılması yolu ilə nizamlanması formuluna alternativ olmadığını bildirib.
“B” planı yoxdur”, – deyə o əlavə edib.
İran da Birləşmiş Ştatlar prezidenti Donald Trampın Amerikanın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qərarını pisləyib.
Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin yerli dövlət KİV-ləri tərəfindən yayılan bəyanatına istinadən “Reuters” məlumat yayıb.
XİN qeyd edib ki, Trampın qərarı BMT qətnamələrinə ziddir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...