Tarzən Ramiz Quliyev Tehranın Mədəniyyət və İncəsənət Universitetində ustad dərsləri keçirəcək.
Astarainfo.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda universitetin rektoru Susan Tağıpur bildirib.
Dekabrın 16-da və 17-də keçiriləcək ustad dərslərində tələbələrlə yanaşı, gənc müəllimlər də iştirak edəcəklər.