Meksika təşviş yaşayır – Son saatlarda 7 zəlzələ 13/12/2017 Share on facebook Twitter tweet Gecə saatlarından başlayaraq bu gün Meksikanın Gerrero və Oaxaka şəhərlərində 4.0-4,2 bal gücündə olmaqla 7 zəlzələ baş verib. Yeraltı təkanlar müxtəlif saatlarda hiss olunub. Zəlzələlər nəticəsində insan tələfatı və dağıntılar barədə hələ məlumat verilməyib. Sonuncu təkanlar 1 saat öncə 4 bal gücündə yerin 59 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanların gün ərzində davam edə biləcəyi istisna olunmur.Trend