Norveçin Oslo şəhərində qəribə hadisə baş verib. Lent.az-ın ria.ru-ya istinadən məlumatına görə, Zero adlı pişik 40 dəqiqə paltaryuyan maşında 30 dərəcə temperaturda yuyulsa da, sağ qalıb.
Pişik qəfil barabana toxunaraq səs salıb. Ev sahibi paltaryuyana normadan artıq paltar qoyduğunu düşünərək maşını saxlayıb ki, paltarların bir hissəsini çıxartsın. Bu zaman o, paltarların arasında pişiyi görüb.
Paltaryuyan maşından çıxarılan pişik normal görünsə də, qaytarmağa başlayan kimi sahibləri onu dərhal baytara aparıb. İki gün klinikada qaldıqdan sonra pişik tam sağlam sahibinə təslim edilib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...