Qış transfer dövründə “Neftçi” klubunu daha 7 futbolçu tərk edə bilər.
Astarainfo.az Milli.Az-a istinadən xəbər verir ki, hazırda Tərzin Cahangirov, Lukas Daniel Seqoviya və Mateo Mujekin müqavilələrinə xitam verilməsi üçün danışıqlar aparılır. Cahangirovla “Keşlə” maraqlandığı halda, Mujekin Qazaxıstanda çıxış etmə variantı ortaya çıxıb. Bundan başqa Məqsəd İsayevlə Rahil Məmmədovun icarəyə verilmələri gündəmdədir. Məmmədovu “Səbail” və “Sabah”, İsayevi isə “Keşlə” istəyir. “Sabah” “Neftçi”nin qapıçısı Maksim Vaylonu da istəyir. Vaylonun Ukrayna variantı da var. Fəhmin Muradbəyli isə “Səbail”ə icarəyə veriləcək. Daha əvvəl Pavel Dreksanın “Neftçi” ilə başa çatan icarə müqaviləsi uzadılmayıb.goal.az
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...