Astarainfo.az LDU-nun mətbuat xidmətindən aldığı məlumata görə Lənkəran Dövlət Universitetində (LDU) “Müasir dünyada inteqrasiya və elmin aktual problemləri”mövzusunda Respublika Elmi Konfransı keçirilib.
Elmi konfransda respublikamızda fəaliyyət göstərən 25 ali təhsil müəssisəsinin,Azərbaycan Milli Elmlər Akademiyasının İnstitutlarının və qardaş Türkiyə Cumhuriyyətinin  2 universitetinin nümayəndə heyətləri iştirak edib.Konfrans iştirakçıları ilk öncə Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkına gedərək ulu öndərin abidəsini ziyarət ediblər.Umummilli liderə ehtiram əlaməti olaraq abidəsinin önünə təzə-tər çiçəklər düzülüb.
Konfransa dövlət himnimizin ifası ilə  start verilib.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru,professor Natiq İbrahimov respublika elmi konfransına qatılan iştirakçıları salamlayıb və  müasir dünyamızda  inteqrasiya məsələsinin uğurlu həllinin vacibliyini qeyd edərək mövzunun   elmi müzakirəsində hamıya uğurlar arzu edib.LDU-da  son illərdə elm və təhsilin  inkişafı istiqamətində aparılan çoxşaxəli fəaliyyətdən,qazanılan uğurlardan  söz açan professor Natiq İbrahimov  buna ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində nail olduqlarını bildirib.Prezident İlham Əliyevin elm və   təhsilin inkişafı ilə bağlı  imzaladığı son sərəncam və qərarların  ölkədə uğurla həyata keçirildiyini   deyən Natiq İbrahimov LDU-da  təhsilin səviyyəsini yüksəltmək məqsədilə təhsillə təcrübənin paralel inkişafına böyük önəm verdiklərini  konfrans iştirakçılarının diqqətinə çatdırıb.
 Lənkəran Dövlət Universitetinin tədqiqat işləri və innovasiyalar üzrə prorektoru vəzifəsini icra edən professor Yədulla Ağazadə “Müasir dünyada inteqrasiya və elmin inkişaf istiqamətləri “ mövzusunda məruzə edib.Məruzədə ölkədə və o cümlədən LDU-da bu sahədə görülən işlər və qarşıda duran problemlər ətraflı təhlil olunub.
Türkiyə Cumhuriyyətinin Qarabük Universitetinin təmsilçisi Hamdi Qızıler elmi konfransın işində iştirakdan qurur duyduğunu dilə gətirərək LDU ilə elm və təhsilin inkişafı istiqamətində  əməkdaşlığın uğurla davam etdiriləcəyini,birgə layihələrin işlənəcəyini deyib.
Azərbaycan Dövlət İqtisad Universitetinin professorları Zahid Məmmədov,Abbas Seyidov,Cəmilə Namazova,Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Zaur Hümbətov,elm şöbəsinin müdiri Abbas İsmayılov məruzə ətrafında çıxış edərək Azərbaycan elminin dünya elminə inteqrasiyasının vacibliyindən, məsələnin həlli yollarından bəhs ediblər.
 İki gün davam edəcək konfransda ”Riyaziyyat,informatika və fizika”,”kimya və biologiya”,”coğrafiya və ekologiya”,”tarix,fəlsəfə və beynəlxalq münasibətlər”,”dilçilk və ədəbiyyatşünaslıq “,”xarici dillər”,”iqtisadiyyat və idarəetmə”,”texnologiya texnika və aqrar”,”pedaqoqika, psixologiya və kulturologiya” bölmələrində  358 məruzə dinləniləcək.
Konfransın sonunda iştirakçılar tərəfindən ölkə başçısı  prezident İlham Əliyevə  müraciət  ünvanlanacaq.

Esmira İsmayılova

 Astarainfo.az