Astarainfo.az xəbər verir ki, Astara Pedaqoji Kollecində Azərbaycanda ilk dəfə olaraq “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi rayonda fəaliyyət göstərən Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyi ilə birgə əməkdaşlıq çərçivəsində – Avropa Komisiyasının Erasmus + Youth. Məlumat Mərkəzinin tələbə və gənclərlə maarifləndirici görüşü baş tutub.
Tədbiri Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov giriş sözü ilə açıb və mərkəzin işinə uğurlar arzulayıb.Sonra “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Rövşən Bağırov Astara gənclərini, həmçinin gənclər təşkilatlarını Proqramın imkanlarından daha çox yararlanmağa çağırıb. Daha sonra mərkəzin koordinatoru Hüseynxan Hacızadə Astara gənclərinə Məlumat Mərkəzinin nə üçün yaradıldığını, gənclər və gənclər təşkilatları üçün hansı yardım və məsləhətlər təklif etdiyini və Erasmus + Youth. Proqramı haqqında geniş məlumat verilib. Ən sonda iştirakçıların sualları cavablandırılıb və yekun müzakirələr aparılıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...