Gündə üç fincan qəhvə içmək insanı diabet, ürək-damar xəstəlikləri, demensiya (ağıl zəifliyi) və xərçəngdən qoruyur.
Astarainfo.az Milli.Az-a istinadən bildirir ki, dünya səviyyəsində aparılan araşdırma çox qəhvə içən insanlarda diabet, ürək-damar xəstəlikləri, demensiya və bəzi xərçəng xəstəliklərinə daha az rast gəlindiyini üzə çıxarıb.
Alimlər hamilə qadınlar istisna olmaqla, gündə üç-dörd fincan qəhvə içmənin bir çox faydasının olduğunu söyləyiblər.
İngiltərənin Southapmton Universitetinin elm adamları 200-dən artıq tədqiqatın nəticələrinə və dünya üzrə aparılan 17 klinik araşdırmaya əsasən, gündə üç-dörd fincan qəhvə içən insanlarda içməyənlərə nisbətən qaraciyər, ikinci tip diabet, demensiya, podaqra xəstəliklərinə, öd kisəsində daşlara daha az rast gəlindiyini, erkən ölüm, ürək-damar sistemi və xərçəng xəstəlikləri (prostat vəzi, endometrial, dəri və qaraciyər xərçəngi) risklərinin isə az olduğunu qeyd ediblər. AZƏRTAC
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...