Hindistanda məktəb avtobusu yük maşını ilə toqquşub.
Astarainfo.az-ın Trend-ə istinadən məlumatına görə, insident Hindistanın İndor şəhərində baş verib.
Qəza nəticəsində 6-sı şagird olmaqla 7 nəfərin həlak olduğu bildirilib. 10-dan çox adamın isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat verilib.
Məlumata görə, avtobus sürücüsü hadisə yeridə dünyasını dəyişib. Avtobusda 30 şagirdin olduğu bildirilib. Qəzanın səbəbi kimi ilkin ehtimal olaraq sürücünün idarəetməni itirməsi göstərilib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...