Almaniyanın Köln şəhərində ağcaqanad dişləyən bir qadının vəziyyəti ağırlaşıb.

Astarainfo.az “Qafqazinfo”-a  istinadən xəbər verir ki, xəstəxanada ilkin tibbi müdaxilədən sonra qadın evinə göndərilib.

Lakin, vəziyyəti yenidən ağırlaşan qadın komaya düşüb. 1 həftə ərzində vəziyyəti düzəlməyən qadının 2 ayağı və əli amputasiya edilib.

Məlumata görə, ağcaqanad qadını dişləyərkən qan zəhərlənməsinə səbəb olan infeksiya ötürüb