Kainatdakı qara dəliklərlə əlaqədar nəzəriyyələriylə kosmologiya sahəsində bir çox sirrin qapısını açan məşhur ingilis alimi Stiven Hokinq sosial paylaşım saytı Redditin online forumunda iştirak edib.
Astarainfo.az Axar.az-a istinadən xəbər verir ki, saytın istifadəçilərinə məşhurlara sual soruşma imkanı verən “Ask mi enisink” adlı online forumda Stiven Hokinq ona ünvanlanmış bir suala maraqlı etirafla cavab verib. Kembric Universitetində tətbiqi riyaziyyat və nəzəri fizika bölməsinin də rəhbəri olan Hokinq “Həyatda sizə maraqlı olan ən böyük sirr nədir?” sualına belə cavab verib.
“Fizikada doktorluq dərəcəm var. Kainatla əlaqədar bəzi sirrlərə aydınlıq gətirə biləcək nəzəriyyələrim mövcuddur. İnsanlar gələcəkdə də kainatın sirlərini tapmağa davam edəcək. Ancaq bütün bunlara baxmayaraq, mənim üçün ən böyük sirr hələ də qadınlardır. Hesab edirəm ki, kainatı başa düşə bilərik, amma qadınları başa düşmək mümkün deyil”.
Qeyd edək ki, Hokinq 30 il evli qaldığı Ceyn Vildedən 1995-ci ildə boşanıb, eyni il evləndiyi baxıcısı Elaine Masondan da 2006-cı ildə ayrılıb.
Hokinq iclas zamanı süni zəka ilə əlaqədar suallara da maraqlı cavablar verib. Hokinq süni zəkanın insanı qəsdən yox etməyə çalışmaqdan çox, onu göz ardı edə biləcəyini və bu səbəblə risk meydana gətirəcəyini bildirib. O, “Real risk süni zəkanın pis niyyətli olması deyil, rəqabət qabiliyyətli olması olacaq. Süni zəka öz məqsədlərini reallaşdırmaqda insanla ziddiyyətə düşsə, bu bizim üçün heç də yaxşı olmayacaq,” deyə cavablandırıb.