Astarainfo.az xəbər verir ki, yanvarın 13-14-ü tarixlərində Astara Olimpiya İdman Kompleksində 1990-cı il 20 yanvar faciəsinin 28 illiyinə həsr olnmuş uşaqlar, yeniyetmələr və gənclər arasında Budo Döyüş Növləri üzrə Astara rayon birinciliyi keçirilmişdir.
Yarışın məqsədi 20 yanvar şəhidlərinin xatirəsinin yad edilməsi, Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin yerinə yetirilməsi, rayonda Budo Döyüş Növləri idman növünün inkişaf etdirilməsi, rayonun uşaq, yeniyetmə və gənclərinin fiziki hazırlıq səviyyələrinin yüksəldilmsi, Budo Döyüş Növləri üzrə yığma komandaya namizədlərin müəyyən edilməsi və kütləviliyin artırılması olmuşdur.
Birinciliyin açılış mərasimində çıxış edən Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
Sonra Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Ə.Əliyev yarışda iştirak edən idmançılara uğurlar arzulamış və yarışa start verilmişdir.
Birinciliyin iştirakçıları 08-12, 13-15 və 16-18 yaş qrupu üzrə müxtəlif çəki dərəcələrində mübarizə aparmışlar.
Əzmkar mübarizələrin sonunda müvafiq çəki dərəcəsində I, II və III yerləri tutanlar Rayon Gənclər və İdman İdarəsinin diplomları və medalları ilə mükafatlandırılmışlar.
Elnur Qurbanlı