Beynəlxalq PR Assosiasiyasının (IPRA) prezidenti Bart de Vries fevralın 16-da Azərbaycana gələcək.
APA-nın xəbərinə görə, səfərin məqsədi 17-18 fevralda ölkəmizdə keçiriləcək I Beynəlxalq PR Yaradıcılığı Forumunda iştirak etməkdir.
İlk dəfə Azərbaycana səfər edəcək B.Vries I Beynəlxalq PR Yaradıcılığı Forumunun əhəmiyyətini yüksək qiymətləndirib.
Məlumat üçün bildirək ki, UNESCO üzvü IPRA dünyada qurulan ilk PR assosiasiyasıdır. İPRA prezidenti B.Vries 25 ildən çoxdur ki, professional kommunikasiya məsləhətçisidir.
Xatırladaq ki, PRoloq İnkişaf Mərkəzi və mərkəzin PRoloq (www.proloq.az) online jurnalının təşkilatçılığı ilə keçiriləcək forum Beynəlxalq PR Assosiasiyası, Azərbaycan Mətbuat Şurası və Qlobal Karyera İnstitutunun dəstəyi ilə gerçəkləşəcək.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...