Millimizə yeni baş məşqçi təyin edilib 12/02/2018 Share on facebook Twitter tweet Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində dəyişiklik baş verib. Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, baş məşqçi İlham Əzizzadənin müqavilə müddəti başa çatıb. Komandanın baş məşqçisi vəzifəsi Zeynal Zeynalova həvalə olunub.