Türkiyənin İstanbul şəhərində taekvondo üzrə klublararası Avropa çempionatının ardından “Turkish Open” turnirinə start verilib. Sayca 5-ci olan G1 kateqoriyalı yarışda Azərbaycanın gənclərdən ibarət millisi də mübarizəyə qatılıb.
Turnirin ikinci günü dayanq üzərinə çıxan taekvondoçularımızdan ikisi medala yiyələnib. Klublararası Avropa çempionatında birinci olan Cavad Ağayev (63 kq) və Minayə Əkbərova (44 kq) bu dəfə gümüş medalla kifayətləniblər.
Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.Apasport.az
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...