Astarainfo.az xəbər verir ki, fevralın 13-18-də İran İslam Respublikasının Gilan əyalətinin Astara liman şəhərində  Karate (wkf) karate (kyokushin), Judo va Taekvondo idman növləri üzrə II Beynəlxalq İdman Olimpiyadası keçirilmişdir.
 Olimpiyadanın əsas məqsədi  turist cəlbi, idman turizmini yaymaq, hər iki ölkənin idmançıları arasında sülh və dostluq ruhu yaratmaq, İslam mədəniyyətini yaymaq, iştirakçıların arasında və şəhər əhalisi arasında sevinc hissi yaratmaq, gəncləri idmana meylləndirmək, istedadlı şəxsləri tanımaq və yüksək səviyyədə başqa idman yarışlarında iştirak etmək üçün çempionları seçmək olmuşdur.
  Bu Olimpiyadada Astaralı idmançılar da  iştirak etmiş və yüksək nəticələr əldə etmişlər. Belə ki,  Karate üzrə III dan qara kəmər ustası Əliyev Ağadədə Nəzərəli oğlu 85 kq çəki dərəcəsində II yerə, Karate üzrə III dan qara kəmər ustası, məşqçi-müəllim 80 kq çəki dərəcəsində Baxşıyev Zamin Azad oğlu və onun tələbəsi 40 kq çəki dərəcəsində Tahirov Sadiq Ruslan oğlu Karate (wkf ) üzrə II yerlərə layiq görülmüşlər.
 İdmançılarımızı bu uğurları münasibəti ilə təbrik edir və onlara uğurlar arzulayırıq.

 Elnur Qurbanlı 

Astarainfo.az