Türk Silahlı Qüvvələrdən açıqlama: Öldürülən terrorçuların sayı 1715

Türk Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatının başlandığı gündən bu yana öldürülən terrorçuların sayının 1715 nəfər olduğunu açıqlayıb.

“A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyatın 32-ci günündə TSQ və ASO Afrinin qərbində birgə əməliyyatlarını davam etdirir.

Əməliyyat zamanı Afrinin qərbində yerləşən Racunun Hantalli kəndi ilə, cənub-qərbindəki Cinderesin Divan Tahtani kəndi, baza olara istifadə edilən Beyyada məntəqəsi, Kila təpəsi və Sattuf kənd-qəsəbəsi YPG/PKK-İŞİD terrorçularından alınıb.

Həmçinin Racuda Derviş Obası bölgəsində snayperçi olduqları bildirilən iki PYD/PKK-lı terrorçular da öldürülüb. Şeyx Hadiddə yerləşən Bilal kəndində iki terrorçu, Cinderesdə 4 terrorçu məhv edilib. Yerdə qalan bəzi terrorçular hərbi təyyarələr vasitəsiylə məhv edilib.