Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşəcək.
Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, 1/16 final mərhələsinin cavab görüşündə Rusiyanın MOİK klubu doğma azarkeşlər önündə Serbiya “Srvena Zvezda”sı ilə üz-üzə gələcək.
Bu komandalar arasında bir həftə əvvəl Serbiyada baş tutmuş görüş 0:0 hesabı ilə yekunlaşıb. Ona görə də “hərbçilər”i yalnız qələbə qane edəcək.
Moskva təmsilçisinin heyətində Aleksandr Qolovin komandasına kömək edə bilməyəcək. “Srvena Zvezda”da isə itki yoxdur.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...