Astara şəhər 1 saylı tam orta məktəbində ” Xocalı soyqırımı – əsrin faciəsi ” adlı tədbir keçirilib.
Tədbirdə məktəbin pedaqoji və şagird kollektivi, rayon Rəsm Qalereyasının əməkdaşları iştirak edib. Məktəbin direktoru X.Əliyeva çıxış edərək şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğinin vacibliyini qeyd edərək Xocalı soyqırımı qurbanları haqqında ətraflı məlumat verib.
Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin ifasında Xocalı faciəsini əks etdirən ədəbi-bədii kompazisiyalar, şeirlər ifa olunub, faciə ilə bağlı video çarxlar izlənilib.
Sonda ” Xocalı faciəsi şagirdlərin gözü ilə ” adlı rəsm sərgisi təqdim olundu.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...