Astara rayon Siyəku kənd tam orta məktəbində Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 5 Mart Bədən tərbiyəsi və idman gününün qeyd edilməsi, Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin həyata keçirilməsi, rayonda kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərə sağlam həyat tərzinin aşılanması məqsədi ilə məktəblilər arasında Rayon Təhsil Şöbəsinin idman metodisti Nizaməddin Ələkbərovun rəhbərliyi ilə “Şən startlar” əyləncəli idman oyunları keçirilib
Məktəblilər böyük və kiçik toplarla 24 metr məsafəyə qaçış və kisə ilə hoppanmaq, topun basketbol səbətinə atılması, şarların partladılması, kəndir dartma üzrə güclərini sınamışlar.
Qaliblər Rayon Gənclər və İdman İdarəsinin diplomları və Təhsil Şöbəsinin Həmkarlar İttifaqının medalları ilə mükafatlandırılmışlar.
Oyunlar məktəblilərin və qonaqların böyük marağına səbəb olmuşdur.
Elnur Qurbanlı
Astarainfo.az