Astara Olimpiya İdman Kompleksində  rayon  İcra Hakimiyyəti ,Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Olimpiya İdman Kompleksinin birgə  təşkilatçılığı ilə 5 Mart Bədən tərbiyəsi və idman gününün qeyd edilməsi ilə əlaqədar məktəbli yeniyetmələr arasında mini futbol üzrə rayon birinciliyi keçirilib.
Astara şəhər 1, 2, 5 saylı, Suparibağ, Təngərüd, Artupa kənd tam orta məktəblərinin komandaları arasında uduzub-çıxma sistemi ilə keçirilən oyunların sonunda  Astara şəhər 1 və 5 saylı tam orta məktəbin komandaları müvafiq olaraq I və II yerlərə layiq görülmüşlər.
Qaliblər Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.
Elnur Qurbanlı
Astarainfo.az