“The Kuwait Times” qəzetində Azərbaycan – “Odlar yurdu” adlı məqalə dərc olunmuşdur. Məqalədə doğma vətənimiz Azərbaycanın qədim tarixi, zəngin təbiəti, təbii resursları, unukal tarixi abidələri, mədəniyyəti, turizm potensialı barədə geniş bəhs olunmuşdur. Yazıda Bakı, Qəbələ, Şəki, Qobustan, şəhər və rayonları ilə yanaşı Astara şəhəri, onun əsrarəngiz təbiəti, sərhəddə yerləşməsi, zəngin muzey eksponatları, müasir infrastrukturu haqqında qeydlər də diqqət çəkir. Həmin qeydləri olduğu kimi dərc edirik:
“Astara şəhəri Azərbaycanın eyniadlı rayonunun mərkəzidir. Bura İranla sərhəddə yerləşir. Ölkənin ən gözəl rayonlarından biri hesab olunan Astara meşələr və dağlarla əhatə olunub. Şəhərdə gözəl kafelər, restoranlar, həmçinin regionun arxeloji tapıntılarının sərgiləndiyi muzey var.”