“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu Çinin “Xançjou Qrintaun” komandasının heyətindəki ilk rəsmi oyununda qol vurub.
28 yaşlı hücumçu I Liqada “Ney Monqol” komandası ilə ev oyununda fərqlənib. O, 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmanın 56-cı dəqiqəsində ilk qolun müəllifi olub.
Cənubi afrikalı hücumçu yerli mətbuata açıqlamasında klubuna daha çox kömək etmək istədiyini bildirib: “Debüt matçımdaca ilk qolumu vurduğum üçün çox məmnunam. O da vacibdir ki, istənilən mümkün narahatlığı pozdum. İndi özümü daha inamlı və növbəti oyunlarda daha yaxşı vəziyyətdə olacağımı hiss edirəm”.
Gənc kollektivə malik olduqlarını deyən Ndlovu hazırkı heyətin cəmi 15 faizinin ötən mövsüm meydana çıxdığını vurğulayıb. Bununla belə, təcrübəli forvard çətin işin öhdəsindən gələcəklərini əlavə edib. Martın 18-də keçiriləcək II tur matçında rəqib “Dalian Transsend” komandası olacaq.
Qeyd edək ki, Dino Ndlovu “Xançjou Qrintaun”la yanvarın 20-də 2 illik müqavilə bağlayıb. Bu keçid qarşılığında “Qarabağ”a 750 min avro (1,5 milyon manat) ödənilib.Report.az
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...