Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən “ASAN xidmət”  əhaliyə göstərilən bütün xidmət növlərinin asanlaşdırılması, bürokratik əngəllərin və süründürməçiliyin aradan qaldırılması, korrupsiya və digər neqativ hallara birdəfəlik son qoyulması məqsədilə yaradılmışdır.  “ASAN xidmət”in Masallı rayonunda filialının fəaliyyətə başlaması bu sahədə işləri daha da yaxşılaşdırmışdır.
 Astarainfo.az xəbər verir ki, mart ayının 28-dan Astara rayonunda “ASAN xidmət” fəaliyyətə başlamış, aprelin 26-na qədər rayonumuzun əhalisinə xidmət göstərəcəkdir. Notariat fəaliyyəti, VVAQ, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi “ASAN xidmət” in fəaliyyəti dairəsinə aiddir.  Rayonumuzun sakinləri xalqa nümunə ilə  xidmət göstərən “Asan xidmət” in fəaliyyətindən razılıq edirlər.

Astarainfo.az