Azərbaycanın ikinci peykinin buraxılacağı tarix açıqlandı

Azərbaycanın ikinci geostasionar peyki “Azerspace-2/Intelsat 38″in buraxılışı mayın 25-ə planlaşdırılıb.
Bu barədə Azərbaycanın peykinin buraxılışı ilə məşğul olan Fransaın “Arianespace” şirkəti bildirib.
Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan “Ariane 5 ECA” raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.
 Bildirilir ki, “Ariane 5 ECA” raket daşıyıcısı Azərbaycanın peykindən başqa, eyni vaxtda orbitə Hindistanın “GSAT-11” rabitə peykini də çıxaracaq.
Qeyd edək ki, Azərbaycanın “Azerspace-2/Intelsat 38” peykinin xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.Trend.az