Aprelin 5-də Astara Gənclər Evi Bayraq Meydanında  rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün  11 apreldə keçiriləcək Prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə “Mən ilk dəfə səs verirəm” mövsuzunda görüş keçirilib.
Tədbirdə çıxış edən Rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev, idarənin baş məsləhətçisi Elnur Qurbanlı və 77 saylı Astara seçki dairəsinin katibi Gülhəsən Mirzəyev “Konstitusiyada seçki hüququnun əsasları”, “Seçki məcəlləsində əsas terminlər”, “Seçki hüququ və onun əsas növləri”, “Seçki sistemi”, “Seçki hüququnun əsas prinsipləri”, “Seçki prosesi və onun mərhələləri” mövzularında gənclərə ətraflı məlumatlar verilib, iştirakçılara Gənclər və İdman İdarəsi tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb.
Sonda gəncləri  maraqlandıran suallar cavablandırılıb, xatirə şəkli çəkilib.

Elnur Qurbanlı

Astarainfo.az