Astarainfo.az xəbər verir ki, Astarada üç kəndi birləşdirən  Ojəkəran-Tüləgüvan-Təngərüd avtomobil yolunun tikintisinə artıq başlanılıb.
Uzunluğu 11 km olan Ojəkəran-Tüləgüvan-Təngərüd avtomobil yolu IV  texniki dərəcəyə uyğun salınır. Burda layihəyə uyğun olaraq yol  2 hərəkət zolaqlı olmaqla ümumi eni 8 metr təşkil edir. Bura 6 metr hərəkət hissə və hər bir istiqamət üzrə 1 metr çiyinlər daxildir.
Hazırda yol boyu torpaq işləri görülür, yol yatağının inşası aparılır. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənara daşınır və əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə aparılaraq bərpa edilir.
Torpaq işləri yekunlaşdıqdan sonra yol əsasının tikintisi işlərinə başlanılacaq. Yol əsasının inşası qum-çınqıl və optimal qırmadaş qarışığından aparılacaq. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Hazırda yolun tikintisində 10 ağırtonajlı  yükdaşıyan, 5 traktor, qreder maşınlar olmaqla 25 nəfər işçi işləyir.
Astarainfo.az
Foto-Nicat Raufoğlu