Rusiyada meşə yanğınlarının sahəsi 9 min hektar artıb 10/04/2018 Share on facebook Twitter tweet Rusiyanın Uzaq Şərqində meşə yanğınlarının sahəsi sutka ərzində 9 min hektar artıb. Son sutka ərzində regionda 24 yeni meşə yanğını qeydə alınıb. Ümumilikdə yanğın ocaqlarının sayı 59-a çatıb. Yanğınlardan ən çox Amur vilayəti zərər çəkib. Burada meşə yanğınları son sutka ərzində 8,1 min hektar meşə sahəsini məhv edib.APA