Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb.
Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, saat 18:55-də paytaxtdan yola düşən qatar yolda qalıb.
Qatar artıq 30 dəqiqədir hərəkət etmir.
Hadisəyə texniki nasazlığın səbəb olduğu və qatarın hərəkətinin 15 dəqiqə sonra bərpa olunacağı bildirilir.