Astarainfo.az xəbər verir ki, aprelin 18-də Beynəlxalq  Abidələrin Mühafizəsi günü ilə  əlaqədar Astara Tarix–Diyarşünaslıq  muzeyində tədbir keçirilib.
Tədbirdə  Pedaqoji  kollecin tələbələri, M.Ə.Sabir  adına 1saylı orta məktəbin müəllim  və  şagirdləri  iştirak  ediblər.
Tədbiri  giriş  sözü  ilə  muzeyin  baş  fond  mühafizi  Şahin Əliyev açaraq Astaranın  qədim  abidələri  haqqında gələn qonaqlara geniş məlumat  verib.Daha sonra  muzeyin  direktoru  Gülzar  İsmayılovaya “Abidələr  bizim tariximizdir” adlı məruzəsi  ilə tədbir iştirakçıları qarşısında çıxış edib.
Tədbirdə Pedaqoji  kollecin  tələbələri Aydan Sımlı, Tuğra Nəzərlı , muzeyin  əməkdaşları  Vüsalə  Xocaxanova, Elnarə  Əhmədova  çıxış ediblər.

Astarainfo.az