Astarainfo.az xəbər verir ki, aprelin 27-də  Astara Heydər Əliyev Mərkəzində   rayon Gənclər və İdman İdarəsi, “Astara” İntellektual İnkişaf Klubu və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş 14-29 yaşlı yeniyetmələr və gənclər arasında “kompyuter oyunları” üzrə rayon çempionatı keçirilib.
Tədbirin açılışında çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, zəngin irsi barədə və gənclər arasında göstərdiyi xidmətlər haqqında ətaflı məlumat veriblər.
Daha sonra çıxış edən rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı yarışın məqsədinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərancamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.4 və 5.4.7-ci bəndlərinin icrasını təmin etmək, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarının səmərəli təşkili, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq olduğunu bildirmişdir.
“Astara” İntellektual İnkişaf Klubunun sədri Əfqan Hüseynov və sədr müavini Cavid Cəfərli oyunun qaydaları haqqında iştirakçıları məlumatlandırıb.
Püşkatma mərasimindən sonra komanda və fərdi birincilik üzrə yarışların uduzub çıxma beynəlxalq sisteminə uyğun mübarizəyə start verilib.
Komanda üzrə yarışlar “Counter-strike” (5 nəfər), fərdi yarış “Heart Stone”  oyunu üzrə keçirilmişdir.
Yarışda komanda oyunu üzrə “Maşxan-team” (Astara rayon Maşxan kənd tam orta məktəb), “Zəka” (Astara şəhər 7 saylı tam orta məktəb), “Dead-team” (Astara şəhər 1 saylı tam orta məktəb), “Talış” (Astara şəhər 4 saylı tam orta məktəb), “Qala” (Astara rayon Sərək kənd tam orta məktəbi), “Kalaşnikov” (Astara Pedaqoji Kolleci), “Zirvə” (Astara rayon Şüvi kənd tam orta məktəb), “Ziya” (Astara şəhər 2 saylı tam orta məktəb), “Zəka-2” (Astara rayon Vaqo kənd tam orta məktəb) olmaqla ümumilikdə 9 komanda mübarizə aparmışdır.
Fərdi birincilikdə “Heart Stone” oyununda I yerə Cəfərli Nicat  (Astara Pedaqoji Kolleci) layiq görülmüşdür.
Komanda oyunu üzrə gərgin keçən oyunların sonunda I yerə “Ziya” (şəhər 2 saylı tam orta məktəb), II yerə “Dead-team” (Astara şəhər 1 saylı tam orta məktəb) komandaları layiq görülmüşlər.
Qalib komandalara və fərdi birinciliyin qalibinə  rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
Elnur Qurbanlı 

Astarainfo.az