Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz geridə qalmış aqrar respublikadan çiçəklənən, yüksək inkişaf edən bir diyara çevrilib.
Bu fikir mayın 11-də Astara Pedaqoji Kollecində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda konfransda səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə kollecin ikinci mərtəbəsində tələbələrin Ümummilli Liderin 95 illik yubileyinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Konfransda Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən videoçarx nümayiş etdirilib.
Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov çıxış edərək bildirib ki, bütün mənalı ömrünü öz xalqının və Vətəninin xoş gələcəyinə sərf edən ümummilli lider Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdırıb. Xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçiliyi mexanizmini formalaşdırıb.
“Dünya şöhrətli dövlət xadimi Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə çıxaraq Böyük Xilaskar rolunu oynayıb, bizə bugünkü müstəqil Azərbaycanı ərməğan edib”, – deyən A.İbrahimov Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin onun arzu və ideyalarını uğurla həyata keçirdiyini diqqətə çatdırıb.
Tədbirdə Astara Rayon Məhkəməsinin sədri Zamin İbrahimovun, kollecin direktor müavini Yusif Şahməmmədovun, müəllimlər Elçin Mahmudov və Aygün Səfərovanın, rayon icra hakimiyyətinin baş məsləhətçisi Elşad Axundovun mövzu ilə bağlı məruzələri dinlənilib.
Sonda kollecin ictimai və siyasi həyatında fərqlənən müəllim və tələbələrin bir qrupuna fəxri fərmanlar verilib.AZƏRTAC
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...