Bu gün Bakıda “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinin açılış mərasimi keçirilir.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Azərbaycanda aqrar sahənin yeni mərhələyə qədəm qoyduğunu deyib.
O, əlavə edib ki, ölkədə kənd təsərrüfatının inkişafı üçün əlverişli iqlim şəraiti mövcuddur və mövcud təbii resurslardan səmərəli istifadə edilir.
“Milli aqrobimüxtəliflik nəinki Azərbaycan, bütün dünya üçün müstəsna əhəmiyyətə malikdir. Ölkədə gen bankı yaradılıb. Bu bankda bir sıra sortlar toplanılıb. Növbəti 5 il ərzində xalq seleksiyası yolu ilə sortlar mühafizə ediləcək. Sözügedən layihənin icrası ölkədə bioloji müxtəlifliyin gücləndirilməsinə töhfə verəcək. Nazirlik layihədə əsas icraedici olaraq davamlı dəstəyini göstərəcək”, – deyə S.Talıbov qeyd edib.
BMT -nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qulam İshaqzai isə kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb: “Ölkədə əmək qabiliyyətli əhalinin 40%-i aqrar sahədə çalışır. Bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, dayanıqlı inkişaf hədəflərinə çatmağa kömək edir. Layihə yoxsulluğun aradan qaldırılmasına yardım edir, digər ekoloji təbii resursların mühafizəsinə şərait yaradır. Layihənin maliyyə dəyəri 24 mln. dollardır. Bunun 4,1 mln. dollarını GEF (Qlobal Environment Facility – Qlobal Ekoloji Fond), 20 mln. dollarını isə Azərbaycan hökuməti adından çıxış edən Kənd Təsərrüfatı Nazirliyi ayırıb”. (Report)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...