Gənclərin potensialından ölkənin mənafeyi naminə düzgün istifadə olunması, onların sağlamlığının qorunması ,asudə vaxtının səmərəli təşkili, məşğulluğunun təmin edilməsi,istedadların üzə çıxarılması və s. məqsədi ilə ölkəmizdə “Gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları, “ 2015-2025 –ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, 15 sentyabr 2017 -ci il tarixdə “Azərbaycan gəncliyi 2017-2021 -ci illərdə” Dövlət Proqramı” təsdiq edilmişdir. Bu sənədlərdə gənclərin sağlam həyat tərzinə və asudə vaxtının səmərəli təşkilinə xüsusi önəm verilmişdir.
Son dövrlərdə Dövlət Bayrağı Meydanının, “Gənclər Evi” nin , Astara Olimpiya İdman Kompleksinin , Astara Boks Mərkəzinin, Astara Dənizkənarı Park-Bulvar Kompleksininin istifadəyə verilməsi dövlətin gənclərimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Rayonumuzda bu obyektlərdən səmərəli istifadə edilməsi yeniyetmə və gənclərimizin inkişafına töhfəsini verir.
Eləcə də Astara rayonunun əsrarəngiz təbiəti,xüsusən Xəzər dənizi sahilindən səmərəli istifadə əhalimizin və o cümlədən uşaq,yeniyetmə və gənclərin sağlamlığının yüksəldilməsi üçün böyük potensiala malikdir.
Bütün bunları nəzərə alaraq rayon Gənclər və İdman İdarəsi , Olimpiya İdman Kompleksi,Uşaq Gənclər İdman-Şahmat Məktəbi, Boks Mərkəzi, Şərq idman növləri üzrə Federasiyaların Astara rayonu üzrə nümayəndəlikləri Xəzər dənizi sahillərində karatenin Sindo-ryu və Pencak-silat,Budo döyüş növləri, Boks,Kikboksinq,Sərbəst güləş,Atletika,Futbol idman növləri üzrə 01 iyul 2018-ci il tarixdən etibarən təyin olunmuş günlərdə təlim məşqləri başlamış və 31 avqust 2018-ci il tarixədək davam edəcəkdir.Təlim məşqlər səhər 700-dən 1000-dək, eləcə də axşam saatlarında 1900-dən 2000-dək aparılır.
Qeyd olunmalıdır ki, təlim məşqlərdə fasilə zamanı gənclərin tam sağlam həyat tərzinə yiyələnməsi və zərərli vərdişlərin fiziki,sosial, psixoloji fəsadları barədə maarifləndirici söhbətlər də aparılır. Tədbirlərin təşəbbüskarı olan Astara RGİİ-nin rəisi Ərçə Əliyev maarifləndirici söhbətlərdə,eləcə də Boks,Atletika,Futbol üzrə təlim məşqlərin aparılmasında bilavasitə iştirak edir, yeniyetmə və gəncləri sağlam həyat tərzinə yönəlməsinə ruhlandırır.
Təlim məşqlərin təşkilində məşqçi-müəllimlərdən Əliyev Nəzərəli,Əliyev Ağadədə,Əliyev Rəşad,Məmmədov Cəbrayıl,Salmanov Tofiq,Axundov Nizami, Axundov Etibar,Mirzəyev Qəhrəman, Bəşirov Elnur fəal iştirak edirlər.
Rayonumuzda Astara şəhərinin Xəzər dənizi sahilində Astara Dənizkənarı Park-Bulvar Kompleksininin ərazisində 12-23 iyul tarixlərdə məşqçi Fuad Quluzadənin rəhbərliyi ilə Bakı şəhərinin “Cüdo klub-2018” idman klubunun Cüdo üzrə təlim məşqləri davam edir.
İqrar Cəfərov
Rufan Şirinov
Astarainfo.az