Yay mövsümünə keçidlə əlaqədar Astara Mərkəzi Kitabxanasının qarşısında “Açıq kitabxana” fəaliyyətə başlamışdır. Gün uzunu davam edən xidmət zamanı oxucular “Açıq kitabxana”da nümayiş olunan nəşrlərlə tanış olublar.
Yay mövsümü və həm də yeni oxucuları kitabxanaya cəlb etmək məqsədilə təşkil olunmuş “Açıq kitabxana” insanların asudə vaxtının səmərəli keçirilməsi və onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi baxımından çox əhəmiyyətlidir. Nümayiş olunan kitablar arasında ən çox kitabxanaya daxil olan yeni kitablar yer tutur.
“Açıq kitabxana” rayon kitabsevərləri tərəfindən çox maraqla qarşılanıb.
Natəvan Mədətzadə
Astarainfo.az