Dövlət İmtahan Mərkəzinin iyulun 18-də Lənkəran rayonunda 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə təşkil etdiyi qəbul imtahanında 1570 abituriyent iştirak edib.
Dövlət İmtahan Mərkəzinin Lənkəran regional bölməsinin məsləhətçisi Rəsmiyyə Dədəyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qəbul imtahanları Lənkəranda üç yerdə – şəhər 2 və 4 nömrəli, Sütəmurdov kənd tam orta məktəblərində təşkil olunub.
İmtahanların idarə olunmasına 13 imtahan rəhbəri, 140 nəzarətçi-müəllim ayrılıb.
Qəbul imtahanı saat 11:00-da başlanıb və 3 saat davam edib.
Lənkəran şəhərindəki 2 nömrəli tam orta məktəbdə keçirilən imtahanın rəhbəri Maya Muradovanın verdiyi məluma görə, qeydə alınmış 531 abituriyentdən 28-i imtahana gəlməyib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...