Əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi istiqamətində atılan mühüm addımlardan biri də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsidir. “Məşğulluq haqqında” yeni qanun da məhz buna xidmət edir. Qanunu şərh edən nazirlik rəsmisi nəzərdə tutulan yeniliklərdən də danışıb.
Bu il iyunun 29-da qəbul olunan “Məşğulluq haqqında” Qanunda bir sıra önəmli məqamlar öz əksini tapıb.
Yeni qanunla məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində ciddi dəyişikliklər ediləcək.İlk növbədə vahid məşğulluq bazasının yaradılması nəzərdə tutulur.
Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları da müəyyən edilib.Onların sırasına əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib.
Bununla yanaşı işə götürənlə iş axtaran arasında əlaqəni təmin etmək üçün avtomatlaşdırılmış vakansiya bazası da yaradılacaq.Bunun isə həm vətəndaş həm də işverən üçün bir sıra üstünlükləri olacaq.
Qeyd edək ki,qanunndan irəli gələn işlərin 3 ay müddətində görülüb başa çatdırılması nəzərdə tutulur.(Xezerxeber.az)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...