Artıq Aran rayonlarında nar demək olar ki, yetişmək üzrədir. Paytaxtdakı meyvə-tərəvəz mağazalarında da nar satışına başlanılıb. Böyüklüyündən və yetişdiyi rayondan asılı olaraq, narın qiyməti də fərqlidir. Yarmarkalarda kiloqramı 50 qəpiyə də nar almaq mümkündür.
Nar insan orqanizmi üçün ən faydalı meyvələrdən biridir.
Astarainfo.az Yeniavaz.com saytına istinadən narın faydalarını təqdim edir.
1. Nar A, B, C, P, E vitaminləri ilə zəngindir.
2. Ürək-damar sisteminə müsbət təsir edir.
3. Tərkibində yod var.
4. Mədə-bağırsağa müsbət təsir göstərir.
5. Tərkibində mis, dəmir var.
6. Orqanizmi cavanlaşdırır.
7. İmmuniteti gücləndirir.
8. Qanda hemoqlobinin səviyyəsini artırır.
9. Qurdqovucudur.
10. Qan təzyiqini normallaşdırır.
11. Qaraciyərə müsbət təsir edir.
12. Böyrəklərə xeyirlidir.
13. Sidikqovucudur.
14. Ağciyər xəstəlikləri zamanı yaxşı təsir edir.
15. İştahı açır.
16. Nar iltihabəleyhinə təsirinə malikdir.
17. Sinir sistemini möhkəmləndirir.
18. Qan dövranını yaxşılaşdırır.
19. Qalxanvari vəzin müalicəsində faydalıdır.
20. Bronxial astmadan əziyyət çəkənlərə xeyirlidir.
21. Sidikqovucudur.
22. Nar qabığını qaynadıb soyuqdəymə zamanı içmək olar.
23. Şəkər xəstəliyi olanlara cır narın şirəsindən içmək məsləhətdir.
24. Nar qızdırmanı aşağı salır.
25. Yorğunluğu aradan qaldırır.
26. Bədənə enerji verir.
27. Orqanizmi xərçəng xəstəliyindən qoruyur.
28. Nar dəri üçün də faydalıdır.
29. Nar dənələrini örtən pərdə həzmi asanlaşdırır.
30. Damarlarda yaranan tıxanıqlıqda faydalıdır.
31. Nar suyu orqanları gücləndirici xarakterə malikdir.