Badam yağı qədim təbabətdə ən çox istifadə edilən vasitələrdən biri idi. Bu yağın çox istifadə edilməsinin səbəbi təbii ki, faydalılığına, qısa zaman ərzində müsbət təsir göstərməsi idi.
Müasir dövrdə də bu yağdan istifadə edənlər var. Ancaq daha çox ola bilərdi, yəqin ki, belə olmamasının səbəbi insanların badam yağının faydalarından xəbərsiz olmalarıdır.
Astarainfo.az Yeniavaz.com saytına istinadən badam yağının faydalarını təqdim edir.
1. B və E vitaminləri ilə zəngindir.
2. Dərini nəmləndirir.
3. İmmuniteti gücləndirir.
4. Tərkibində fol turşuları var.
5. Badam yağı kirpiklərin sıx, gur və uzun olmasını təmin edir. Bunun üçün yatmamışdan əvvəl kipriklərə badam yağı çəkmək lazımdır.
6. Dəridə olan qaşınmanı aradan qaldırır.
7. Dəri hüceyrələrini daim eniləyir.
8. Bu yağın tərkibində saçın tökülməsinin qarşısını alan maqnezium var.
9. Badam yağı ürəyin sağlamlığı üçün xeyirlidir.
10. Tərkibində doymuş yağlar, protein var.
11. Dəridə qırış əmələ gəlməsinin qarşısını alır.
12. Bu yağ xolesterol səviyyəsini normada saxlayır.
13. Badam yağını saçların dibinə çəkdikdə yeni saçlar əmələ gəlir.
14. Həzmi asanlaşdırır.
15. Qan təzyiqini normada saxlayır.
16. Qan dövranına müsbət təsir edir.
17. Yaddaşı gücləndirir.
18. Sinir sisteminə yaxşı təsir göstərir.
19. Badam yağı ilə masaj etdikdə dırnaqlar möhkəmlənir.
20. Qızdırılmış badam yağı ilə bədəni masaj etdikdə əzələ və oynaq ağrılarını azaldır.
21. Bir çox xəstəxanalarda uşaqların sümükləri möhkəmlənsin deyə onları bu yağla masaj edirlər.
22. Dəridəki quruluğu və iltihabı aradan qaldırır.
23. Dodaqdakı çatları sağaldır.
24. Dəridəki qızartılara qarşı müsbət təsir göstərir.
25. Badam yağı saç dərisindəki xəstəlikləri sağaldır.