Sentyabrın 24-də FIFA Londonda ilin ən yaxşı qolunun müəllifini açıqlayıb.
 Bu, İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salahdır. Misirli yarımmüdafiəçi “Everton”la matçda vurduğu qola görə mükafatlandırılıb.
Daha sonra ən yaxşı baş məşqçinin adı məlum olub. Bu, Fransa milli komandasına rəhbərlik edən Didye Deşamdır. Deşamın rəhbərliyi altında yığma dünya çempionu olub. O, İspaniya “Real Madrid”inə Çempionlar Liqasını qazandırmış Zinəddin Zidanı və Xorvatiya yığmasını dünya çempionatında finala çıxarmış Zlatko Daliçi üstələyib.
Madridin “Real” klubu və Belçika yığmasının qapıçısı Tibo Kurtua 2018-ci ilin ən yaxşı qolkiperi seçilib. O, bu titul uğrunda mübarizədə Uqo Lyoris (Fransa, “Tottenhem”) və Kasper Şmeyheli (Danimarka, “Lester”) qabaqlayıb. Kurtua Belçika yığma komandasının heyətində DÇ-2018-in bürünc medalını qazanıb, həmçinin turnirin yekununda ən yaxşı qapıçı seçilib( xezerxeber.az )