ABŞ-ın Nyu-York şəhərinin Polis Departamentinin (NYPD) zabitləri, detektivlər Kristofer Uilyams və Tomas Lonqa sosial şəbəkələrin qəhrəmanlarına çevriliblər.
Onlar dünən səhər saatlarında şəhərdəki Uilyamsburq körpüsünə dırmaşaraq özünü atmaq istəyən 41 yaşlı kişinin həyatını xilas ediblər.
Milli.Az ABC7ny-yə istinadən bildirir ki, Polis Departamentinin Fövqəladə Hallar İdarəsinin (NYPD Emergency Service Unit) əməkdaşları olan polislər səhər saatlarında hadisə yerinə çağırılmışdılar.
Onlar körpünün dayaq sütunlarından birinə dırmaşmış şəxsin intihara hazırlaşdığını görüblər.
Həmin şəxs 94,5 metr yüksəklikdə idi.
İntihara hazırlaşan bu adamla tam 75 dəqiqə danışıqlar aparan, onu dilə tutan polis zabitləri sonucda 41 yaşlı kişini fikrindən döndəriblər.
Kristofer Uilyams və Tomas Lonqa iyulun 4-də Azadlıq Heykəlinə dırmaşıb intihar etməyə hazırlaşan qadını da ölümdən xilas etmişdilər.
© x