Kimya üzrə Nobel mükafatı alimlər Frensis Arnold, Corc Smit və Qreqori Vinterə verilib. Onlar molekulların yönləndirilmiş təkamülü üzrə işlərə, eləcə də peptidlər və antitelin tədqiqinə görə bu mükafata layiq görülüblər.
F. Arnold kimyəvi reaksiyanı sürətləndirən fermentlərin ilk yönləndirilmiş təkamülünü həyata keçirib. Bu fermentlər bioyanacaq və dərmanın istehsalı üçün istifadə olunur. C. Smit yeni zülalların inkişafında viruslardan istifadə etməyin mümkün olduğu metod hazırlayıb. Q. Vinter isə bu metoddan yeni əczaçı preparatların, o cümlədən xərçəngə qarşı preparatların istehsalı üçün istifadə edib.(Yeniavaz.com)