“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri tədqiqatçı alim Seymur Nəsirov Misir Nümayəndələr Palatasının sədrinin birinci müavini Seyyid Əhməd Şəriflə görüşüb.
Diaspora sədri Misir ilə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb. Azərbaycanda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını diqqətə çatdırıb. S.Nəsirov görüşdə Azərbaycan həqiqətlərindən danışarkən, Xocalıda törədilən soyqırımından geniş söhbət açaraq, faciənin dünyanın bir çox ölkələri tərəfindən qəbul olduğunu qeyd edib.
Seyyid Əhməd Şərif sentyabrın 21-də Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə iştirakı çərçivəsində önəmli görüşlər keçirdiyini qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən geniş söhbət açıb. Parlament sədrini birinci müavini Azərbaycan xalqının qonaqpərvərliyi, Bakının gözəlliyi haqqında Misirdə yüksək vəzifəli şəxslərə və dostlarına geniş söhbət açdığını da qeyd edib.
S.Nəsirov, həmçinin ölkələrimiz arasında turizmin və ticarət əlaqələrinin inkişafı üçün viza alınmasının daha da sadələşdirilməsinin zəruriliyinə toxunub.
Seyyid Əhməd Şərif Azərbaycandan səfərdən qayıtdıqdan sonra, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı ilə bağlı bir sıra görüşlər keçirdiyini qeyd edərək, viza alınmasının daha da sadələşdirilməsində yaxın günlərdə Misir tərəfindən ciddi addımlar atılacağını bildirib.(AZƏRTAC)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...