İranın cənub-şərqində baş verən qum fırtınası nəticəsində 140-dan çox adam xəsarət alıb.
Bu barədə yerli böhran idarəetmə orqanının rəhbəri Abdorrəhman Şahnavaziyə istinadən məlumat verib.
Bildirilib ki, oktyabrın 6-dan etibarən Sistan və Bəlucistan ostanının 145 sakini nəfəs, göz və ürək problemləri ilə tibbi yardım almaq üçün müraciət edib. Onlardan 27 nəfəri xəstəxanaya yerləşdirilib.
A.Şahnavazinin sözlərinə görə, küləyin sürəti saatda 104 kilometrə çatıb. Səlahiyyətlilər ostanın müəyyən bölgələrindəki xəstə və yaşlı sakinləri evdə qalmağa çağırır.(Report)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...