Oktyabrın 23-də  Astara Pedaqoji Kollecində Tələbə Gənclər Təşkilatının IV  Konfransı keçirilmişdir.
Konfransda Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov,  rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, RGİİ-nin rəis müavini İqrar Cəfərov və tələbələr çıxış etmişlər.
Çıxışlarda ölkədə həyata keçirilən gənclər siyasəti, “Azərbaycan gəncliyi 2017-2021- ci illərdə “Dövlət Proqramı”, “Ali və orta ixtisas təhsil müəssisəələrdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının əsasnaməsi”, rayonun mədəni kütləvi, ictimai-siyasi, təhsil, idman, sosial-iqtisadi sahəsində görülən işlər və bu işlərdə  tələbələrin fəal iştirakı barəsində geniş məlumatlar verilmişdir.
Konfransda Astara Pedaqoji Kolleci   Tələbə Gənclər Təşkilatının ötən dövr ərzində fəaliyyəti barədə hesasbatı dinlənilmişdir.Sonra Tələbə Gənclər Təşkilatının 15 nəfərdən ibarət İdarəetmə Şurası və 5 nəfərdən ibarət Təftiş Komissiyası seçilmişdir.
Konfransdan sonra İdarəetmə Şurasının İlk iclası  keçirilmiş və TGT-nin rəhbər heyyəti seçilmişdir.
Yekunda xatirə şəkli  çəkilmişdir.
Rufan Şirinov
Astarainfo.az