“Hər ailə ağac əksin” və “Bir şagird bir ağac əksin və qorusun” devizləri altında Ekologiya və Təbii Sərvətlər Nazirliyitərəfindən vətəndaşlara pulsuz ağac tinglərinin paylanması aksiyalarına başlanılıb və böyük maraqla qarşılandığına görə uğurla davam etdirilir.
Bu barədə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Payız ağac əkini mövsümündə respublika üzrə keçirilən aksiyalar çərçivəsində vətəndaşlara, o cümlədən məktəblərə və bağçalara ümumilikdə 136 minə yaxın müxtəlif növ ağac tingi paylanılıb.
Nazirlik Azərbaycanı yaşıl diyara çevirmək məqsədilə keçirilən bu aksiyalarda hər kəsi fəal olmağa çağırır, vətəndaşlara ağac əkməyi, onlara qulluq etməyi və qorumağı tövsiyə edir.(Report)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...