Qarlı və şaxtalı havalarda avtomobilin şüşələrinin buz bağlaması bir çox sürücülər üçün problemli məsələdir.

 Hətta bir çox sürücülər şüşələrin buzunu təmizləmək üçün bir çox üsullara əl atırlar. Bu problemi çox sadə yolla həll etmək mümkündür.
Bunun üçün sprey kimi istifadə edə biləcəyiniz bir qab, bir az sirkə və su olması yetərlidir. Çalışın, qab çox da böyük olmasın. Belə ki, həmin qabın üçdə bir hissəsinə sirkə tökün, qalanını su ilə doldurun. Daha sonra qabı silkələyib, içindəkiləri qarışdırın. Həmin qarışığı buz bağlamış şüşələrə çilədikdə buzun əriməyə başladığını görəcəksiniz. Onu da bildirək ki, sirkəli suyun avtomobilə hər hansı başqa bir  təsiri yoxdur.
Bir başqa sadə üsulla isə avtomobilin ön işıq faralarını parıldatmaq, təmizləmək olur. Bunun üçün diş pastasını əlinizlə faraların şüşəsinə yaxın, sonra isə 3-4 dəqiqə ərzində diş fırçası və ya əski ilə təmizləyin. Bunu ard-arda 2 dəfə təkrarlayın. Qısa müddət ərzində avtomobilin ön işıq cihazlarının tərtəmiz olduğunu görəcəksiniz.(Yeniavaz.com)