Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman prioritet olub. Bu sahədə qəbul edilən dövlət proqramları, imzalanan fərman və sərəncamlar gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Yanvarın 8-də Astara rayon təhsil şöbəsinin və “Astara” qəzetinin birgə təşkilatçılığı ilə “məktəblərdə vətənpərvərlik hisslərinin aşılanması” mövzusunda Toradi kənd tam orta məktəbində tədbir keçirilib.
Tədbirin keçirilməsində əsas məqsədi ümumtəhsil məktəblərində vətənpərvərlik hisslərinin aşılanması, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsi, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanması olduğu vurğulanıb.
Tədbirdə rayon təhsil şöbəsinin müdir müavini Sultanağa Baxşıyev, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə,kənd ziyalıları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Məktəbin direktoru Ramin Əliyev giriş sözü ilə çıxış edərək ən ali mənəvi və müqəddəs dəyərləri özündə təcəssüm etdirən vətənpərvərlik hissinin gənc nəslə aşılanması qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb.
Rayon təhsil şöbəsinin müdir müavini Sultanağa Baxşıyev, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, məktəbin təşkilatçı müəllimi, şəhid atası Mühəddin Əliyev, məktəbin dil-ədəbiyyat müəllimi Vüqar Cövziyev, Toradi kənd diyarşünaslıq evinin müdiri Sürəddin Əliyev və başqaları çıxış ediblər.
Bildirib ki, vətənpərvərlik tərbiyəsində hərb tariximiz, xalqımızın qəhrəman oğulları haqqında verilən məlumatlar böyük təsirə malikdir. Vətənpərvərlik tərbiyəsi işi yeniyetmə və gənclərin Vətənə məhəbbət və sədaqət ruhunda inkişafına güclü təsir göstərir. Həmçinin qeyd olunub ki, Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissi, vətəndaş məsuliyyətidir. Vətən müqəddəsdir, onu qorumaq isə ən şərəfli peşədir.
Sonda Astara rayonunda fəaliyyət göstərən Future Genius Tədris və İnkişaf mərkəzinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 30-da keçirdiyi “Gələcəyin Dahiləri” adlı bilik yarışmasında iştirak edərək yüksək nəticə göstərən Toradi kənd tam orta məktəbin şagirdlərinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...