İndoneziyada 5,5 bal gücündə zəlzələ baş verib.
Astarainfo.az Axar.az -a istinadən xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Abepura yaşayış məntəqəsindən 141 kilometr cənub-qərbdə, ocağı 36,5 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və zərərçəkənlər barədə hələ ki, məlumat verilmir.