Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti qurumun Cənub Regional Mərkəzinin əməkdaşları ilə birgə fevralın 7-də Astara şəhərində kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirib.
FHN-dən bildiriblər ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda təşkil olunan tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin həmin gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması və texniki baxışdan keçirilməsi, gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri xilasedici vasitələr və həmin vasitələrdən istifadə qaydaları haqqında da maarifləndiriliblər.
Sonda tədbir iştirakçılarına maarifləndirmə xarakterli broşürlər paylanılıb.(AZƏRTAC)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...